Azərbaycanda “WhatsApp” səs yazısı valideynləri vahiməyə saldı - DİN-dən AÇIQLAMA - AUDİO

Azərbaycanda “WhatsApp” səs yazısı valideynləri vahiməyə saldı - DİN-dən AÇIQLAMA - AUDİO
Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.

Sfera.az  xəbər verir ki, həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.

Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.

Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, "Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.

"Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.
 


OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...