Aeroport yolundakı ağır qəzaya səbəb olan 19 yaşlı sürücü SAXLANILDI

Aeroport yolundakı ağır qəzaya səbəb olan 19 yaşlı sürücü SAXLANILDI
Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

Saxlanılan şəxs Qobustan rayon sakinidir.

Qeyd edək ki, Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

KTMT-nin iclası Mirzoyansız başladı

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.   Sfera.az xəbər verir k...