Rayonlara gedən taksilər qiymətləri bahalaşdırıb
Cəmiyyət
11:11 / 06.07.2016
1067
Əməkdaşımız avtovağzaldan və dəmiryol vağzalından yazır
Sərnişin: «İndi gedən çoxdur deyə sürücülər ayaqlarını qaldırıb sərnişinin başına qoyurlar»
Hər il bayramqabağı paytaxtdan regionlara üz tutanlar ictimai nəqliyyatda süni qiymət artımı ilə qarşılaşırlar. Adətən bayram günlərində ən gərgin iş qrafiki olan sahələrdən biri nəqliyyat sektoru olur. Sərnişindaşımada əsas ağırlıq həmişə olduğu kimi yenə də avtovağzalın üzərinə düşür.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində olarkən bu ilin Yeni il və Novruz bayramlarına nisbətən Ramazan bayramında avtovağzalda sərnişin sıxlığını müşahidə etmədik. Çünki ali təhsil müəssisələrində tədris ili başa çatdığı üçün tələbələrin əksəriyyəti sakini olduqları rayonlara gediblər.
Şahidi olduq ki, ərazidə mühafizə tədbirləri gücləndirilib. Əməkdaşımız avtovağzalda şəkil çəkməyə cəhd edərkən mühafizəçilər buna icazə verməyiblər. Bayramla bağlı yaradılan nəzarət komissiyasının əməkdaşları qiymət artımından şikayəti olan sərnişinlərin şikayətini qəbul etmək üçün kassaların yanında növbə tutmuşdular. Kassaların qarşısında sərnişin sıxlığını müşahidə etmədik. Avtobuslarda yerini tutan sərnişinlər bizimlə söhbətdə süni qiymət artımı ilə üzləşmədiklərini bildirdilər.
Öyrəndik ki, Bakı Beynəlxalq Avtovağzalı iyulun 8-nə kimi qrafikində dəyişiklik edib və gücləndirilmiş iş rejiminə keçib.
Bölgələrə işləyən taksilərin dayandığı "Şamaxinka"da isə sərnişinlər qiymət artımından şikayət edirdilər. Bizi sərnişin zənn edən sürücülər "Şamaxı, İsmayıllı, Qəbələ, Masallı" deyərək taksidə əyləşməyə çağırırdılar. Onların maşınlarında əyləşən sərnişinlər isə nə qiymətdən, nə də xidmətdən razı idilər.
Şamaxıya gedən sərnişin Həsən Əliyev bildirir ki, həftənin bazar günü Bakıya 6 manata gəlib: "Sürücü yalvar-yaxarla məni avtomobilə əyləşdirdi. Mən əyləşəndə maşında bir nəfər də yox idi. Oturacaqları dolandan sonra mənə xitabən "Qardaş, yəqin bilirsiniz, Şamaxıya 10 manata gedirik" dedi. Sanki başıma qaynar su tökdülər. Qiymət artımına öyrəşmişik, adətən bayramqabağı nəqliyyatda və bazarda bahalaşma olur. Əlbəttə, bu pis ənənədir. Amma o sürücü üstəlik mənim vaxtımı da aldı".
Bu sözə digər sərnişinlər də qüvvət verdilər. Onlar bayramla əlaqədar süni qiymət artımını pisləyirdilər.
"Bu günün digər günlərdən fərqi nədir? Qar yox, dözülməz isti yox. Sadəcə, indi gedən çoxdur deyə sürücülər ayaqlarını qaldırıb sərnişinin başına qoyurlar"-deyə xanım sərnişin süni qiymət artımına etiraz etdi.
Buradan da üz tutduq "Azərbaycan Dəmir Yolları"na. Avtovağzalda olduğu kimi burda da sərnişin sıxlığını müşahidə etmədik. Doğrudur, digər günlərə nisbətən kassaların qarşısında adam sayı çoxluq təşkil edirdi, amma Yeni il və Novruz bayramlarına nisbətən dəmir yollarının xidmətindən istifadə edən sərnişinlərin sayı az idi.
"Azərbaycan Dəmir Yolları"nın əməkdaşı da bildirir ki, adi günlərə nisbətən sərnişin çoxluğu olsa da, digər bayramlardan fərqli olaraq qatarlardan istifadə etmək istəyənlərin sayı azlıq təşkil edir. Sərnişinlər daha çox Qazax-Ağstafa və Gürcüstan istiqamətində hərəkət edən qatarlara bilet alıblar.
Qeyd edək ki, bu gün müsəlmanların müqəddəs Ramazan ayı başa çatır və bu həftənin iki günü qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarına əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Bununla da gələn həftə 5 günlük qrafiklə çalışanlar 4 gün - 6, 7 (bayram günləri), 9, 10 iyul (həftəsonu) istirahət edəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.