“Azərbaycan Rusiya iqtisadiyyatına sərmayə qoyan az sayda ölkələrdən biridir”

“Azərbaycan Rusiya iqtisadiyyatına sərmayə qoyan az sayda ölkələrdən biridir”
Toğrul Allahverdili: "Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışır”


Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.


Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Azərbaycan Respublikasına Rusiya prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri Rusiya-Azərbaycan münasibətlərinin inkişafının sürətlənməsinə güclü təkan verib.


Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.


16 aprel 2001-ci il tarixində imzalanmış "Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında" Sazişə əsasən AR MM və RF FM-nin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilmişdir. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunmuşdur. Komissiyaya Azərbaycan tərəfindən 15 MM deputatı, Rusiya tərəfindən isə 9 Federasiya Şurasının (parlamentin yuxarı palatası) üzvü və 9 Dövlət Dumasının (parlamentin aşağı palatası) deputatı daxildir. Komissiya iki ildə bir dəfə Bakıda və Moskvada (növbələşmə üzrə) iclasları keçirir. Komissiyanın sonuncu, sayca onuncu iclası 2 noyabr 2012-ci il tarixində Bakıda baş tutmuşdur. Bununla yanaşı, Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Dövlət Dumasında isə AR Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupu fəaliyyət göstərir.


Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili çərçivəsində ümumilikdə 110 tədbir keçirilib. 2006-cı ilin dekabrında 2007-2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq üzrə Dövlətlərarası proqram qəbul olunub. 2007-ci ildə Rusiya öz ali məktəblərində müxtəlif hazırlıq növlərinə Azərbaycana 178 dövlət təqaüdü ayırıb. 2008-ci ildə 198, 2009-cu ildə isə artıq 284 təqaüd ayrılıb.


Hazırda Rusiyanın ali məktəblərində 6 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən 1500-ə nəfərə yaxını Rusiya Federasiyasının federal büdcəsi hesabına təhsil alır. 2008-ci il fevralın 27-də Bakıda M.V.Lomonosov adına MDU-nun filialı açılıb və fəaliyyətinin ikinci ilində burada təhsil alan tələbələrin sayı 200-ə yaxındır. 1200 nəfərdən çox şəxs Rusiyanın Azərbaycan ərazisindəki digər bir təhsil müəssisəsində - Moskva Dövlət Açıq Universitetinin filialında təhsil alır. Azərbaycanın ali məktəblərində rus dilində 15 mindən artıq tələbə təhsil alır. Respublikada rus dilində 50-dən artıq məcmuə nəşr olunur və 12 informasiya agentliyi xəbər yayır.


Beləliklə, "Bizim Yol" əməkdaşı, Azərbaycan - Rusiya münasibətlərinin hazırkı səviyyəsi, qarşılıqlı əməkdaşlıq və digər mövzular ətrafında, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili ilə həmsöhbət olub. 


- Toğrul bəy, Cənubi Qafqaz ölkələri arasında tam müstəqil siysət yürüdən ölkə Azərbaycandır. Rəsmi Bakı Qərb ölkələri ilə yüksək səviyyəli münasibətlər yaratmaqla yanaşı, 200 il bir yerdə yaşadığımız Rusiya ilə də strateji tərəfdaşlıq əlaqələrini davam etdirir. Azərbaycan dövlətinin bu cür balanslı və müstəqil siyasət yürütməsi Rusiya cəmiyyətində necə qarşılanır?


- Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq milli mənafeyini lazımi səviyyədə müdafiə edən bir dövlətdir. Ölkəmizin ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması aparılan xarici siyasətin uğurlarından xəbər verir.


Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışmışdır. Azərbaycan milli maraqları maksimum dərəcədə qorumaqla, Rusiya və Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurmağa çalışmışdır. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. 


Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Bunu görən Rusiya cəmiyyətinin, ancaq Azərbaycana qarşı dost və yaxın müttəfiq münasibəti var.


- Müstəqillik qazandıqdan bu yana Azərbaycanla Rusiya arasında ən müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Bu iki ölkənin siyasi sahədə sıx əlaqələri ilə yanaşı, iqtisadi münasibətlər də yüksək səviyyədədir. Ümumiyyətlə isə, Azərbaycanla Rusiyanı bir-birinə bağlayan və qarşılıqlı əməkdaşlığı zəruri edən ən önəmli amil hansıdır?


- Rusiya ilə Azərbaycanı tarixən bir-birinə bağlayan amillər çoxdur. Bizim ümumi tariximiz, müştərək mədəniyyətimiz, ortaq bayramlarımız və anım günlərimiz var . Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzimiz, həyat normamızdır. Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet Azərbaycanda yaradılmış, müsəlman qızlar üçün ilk məktəb Azərbaycanda açılmışdır. 
Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə həmişə böyük məhəbbət bəslənib. Bu gün ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ölkəmizdə 16 mindən çox adam rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu Azərbaycanda fəaliyyət göstərir. 


Azərbaycan Rusiya iqtisadiyyatına sərmayə qoyan az sayda ölkələrdən biridir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə bu ölkədə xeyriyyəçilik layihələri həyata keçirir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi ilbəil artır. Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiyanı fəal şəkildə dəstəkləməsi Azərbaycan Rusiya dostluğunun bariz nümunəsidir.


- Rusiyada statistik rəqəmlərə əsasən, iki milyondan çox azərbaycanlı yaşayır. Soydaşlarımız Rusiya cəmiyyətinin müxtəlif sferalarında təmsil olunur və bu ölkəyə xidmət edirlər. Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlərin yüksək səviyyədə olması, orada yaşayan həmyerlilərimizin həyatında hansısa formada hiss olunurmu?



OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...