Vilayət Eyvazov polkovnik-leytenantı vəzifəsindən AZAD ETDİ

Vilayət Eyvazov polkovnik-leytenantı vəzifəsindən AZAD ETDİ
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb (oxu.az)

OXŞAR XƏBƏRLƏR