Sarkisyan Əliyevin iştirak edəcəyi sammitə gedir
22:23 / 07.07.2016
2362
Ermənistan prezidenti NATO-nun sammitində iştirak etmək üçün Varşavaya gedir.
Ermənistan prezidenti Serj Sarkisyan Polşaya
səfərə gedəcək.
Sfera.az-ın
məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər
yayıb.
Sarkisyanın səfəri iyulun 8-ə planlaşdırılıb. O,
NATO-nun Varşava şəhərində keçirilən sammitində iştirak edəcək.
NATO-nun Varşavada keçiriləcək sammitində 18
prezident iştirak edəcək. Prezident İlham Əliyev də sammitə iştirak etmək üçün
Varşavaya işgüzar səfərə gedib.
Bir müddət əvvəl Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşünün yeri NATO-nun iclası çərçivəsində Varşavada
ola biləcəyi barədə Ermənistan mətbuatında xəbərlər yayılmışdı.
Sammitdə prezidentlərlə bərabər 21 hökumət
başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın
iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.