Bayramlaşmağa gedən kişi qardaşının ailəsini güllələdi – Ramazanda FACİƏ

Bayramlaşmağa gedən kişi qardaşının ailəsini güllələdi – Ramazanda FACİƏ

 

Türkiyədə iki qardaş arasında yaşanan miras davası 6 nəfərin həyatına son qoyub.


Türkiyə mətbuatının xəbərinə görə, hadisə Ordu vilayətinin Altınordu rayonunun Yaraşlı məhəlləsində qeydə alınıb. 60 yaşlı Maqsud Baydəmirlə qardaşı Mustafa arasında miras bölgüsünə görə qarşıdurma yaranıbmış.

Hadisə baş verən gün Maqsud küsülü olduğu böyük qardaşı 75 yaşlı Mustafa Baydemirin evinə bayramlaşmaq üçün gedib.Maqsudla Mustafa arasında yenidən miras bölgüsü səbəbindən narazılıq yaranıb. Baş verən qarşıdurma zaman Maqsud böyük qardaşının evində olan ov tüfəngini əlinə alaraq evdəkilərə atəş açıb.

Hadisə zamanı kiçik qardaş böyük qardaşı Mustafanı, onun həyat yoldaşı Nəziyəni, qardaşının övladları Gündoğanı, Aydoğanı və Rəcəb Baydemiri güllələyib. Xəsarət alan şəxslərin hamısı elə hadisə yerində keçiniblər. Maqsud Baydemir daha sonra eyni silahdan açdığı atəşlə özünü öldürüb.

Hadisən sonra polis ərazini nəzarətə götürüb. İnsident haqqında eşidən Baydəmir ailəsinin bəzi üzvlərinin vəziyyəti pisləşib və onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

“Uber Azərbaycan” 25 min manat CƏRİMƏLƏNDİ – RƏSMİ

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorlu...

Baqerinin qızı da həlak olub - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qızı, "Defa Press" agentliyinin əməkdaşı Fereşte Baqeri, bu səhər İsrailin Tehrana end...

İsrailin şimalında hava həyəcanı siqnalı: 2 PUA vuruldu

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalları səslənib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kana...

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...