Azərbaycanlı müğənni əməliyyatdan sonra: "Qorxmayın, bu mənəm" - FOTO
Maqazin
20:22 / 07.07.2016
1919
Müğənni Səidə Sultan burnundan əməliyyat olunub.
Sfera.az bildirir ki, S.Sultan sosial şəbəkədə estetik
əməliyyatdan sonra fotosunu paylaşıb.
Müğənni burun-boğaz boşluğunda olan problemin
aradan qaldırıldığını bildirib:
"Qorxmayın, bu mənəm. Amma 10 günə elə
ceyran qız olacağam ki... Çoxlarınız deyəcək ki, buna bax, bu da burnunu
əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam.
"Nə oldu bu yaşa qədər gəzdin öz burnunla, indi bəyənmədin?" - belə
deyənlər də var. Amma nəfəsimdə də problemlər yarandı. Mənə narahatlıq verirdi.
Çəpər əyriliyi, artıq ət. Allah mənə bu həkimi yardımçı göndərdi. Təşəkkür
edirəm".