Dövlət Gömrük Komitəsi: “Azərbaycanlılar Gürcüstanda istirahətə üstünlük verir”

Dövlət Gömrük Komitəsi: “Azərbaycanlılar Gürcüstanda istirahətə üstünlük verir”

Deputat: "Ölkəmizdə az qala hər sahibkar kiminsə "krışa”sı altında fəaliyyət göstərir”

Azərbaycan-Gürcüstan sərhədində sıxlığın səbəbi məlum olub. İyul ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayının kəskin artmasıdır. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rpublika.az1428698480ebulfesqarayev//qafqaznews.az/wp-content/uploads/2016/07/publika.az1428698480ebulfesqarayev.jpg 367w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />usiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər AzərbaycandanAxundov_Natiq-3 (1)//qafqaznews.az/wp-content/uploads/2016/07/Axundov_Natiq-3-1.jpg 596w" sizes="(max-width: 225px) 100vw, 225px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" /> tranzit keçməklə "Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov Legion.az-a bildirib ki, artıq "Sınıq Körpü” gücləndirilmiş iş rejimində çalışır və qısa müddətdə sıxlıq aradan qaldırılacaq. Onun sözlərinə görə, sıxlığın əsas səbəblərindən biri də Gürcüstana istirahətə gedənlərin sayının artmasıdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə bəyan edib ki, ölkəmizdə turizm çox yüksək səviyyədədir və tezliklə turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevriləcək. Azərbaycanda bütöv bir Mədəniyyət və Turizm Nazirliyi var. Bəs niyə azərbaycanlı turisthqdefault-8//qafqaznews.az/wp-content/uploads/2016/07/hqdefault-8.jpg 480w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />lər Gürcüstana üz tutur, öz vətənlərində dincəlmək istəmirlər?

"Ona görə ki, Gürcüstanda turizm servisi daha yaxşıdır və qiymətlər daha aşağıdır”, – deyə Milli Məclisin üzvü, Sosial-Demokrat Partiyasının sədri Araz ƏlizadəLegion.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycandakı turizm sahəsində yüksək qymətlərin əsas səbəbi bu bizneslə məşğul olan sahibkarlardan alınan "yığım”lardır. "Ölkəmizdə az qala hər sahibkar kiminsə "krışa”sı altında fəaliyyət göstərir”, – deyə deputat vurğulayıb. A.Əlizadə qeyd edib ki, dəfələrlə turizm sahəsindəki problemlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. "Lakin hər dəfə cavab verilib ki, guya məndə olan məlumat dəqiq deyil”, – deyə deputat əlavə edib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR