Azərbaycanda polis zabiti məhkəməyə verildi

Azərbaycanda polis zabiti məhkəməyə verildi
Xaçmazda polis zabiti məhkəməyə verilib.

Sfera.az-ın məlumatına görə, Xaçmaz rayon Polis Şöbəsi Yalama Polis Bölməsinin sahə rəisi, polis kapitanı Aslanov Təhmin Həkim oğlu yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnsə də, təyin olunan müddətdə ödəniş etməyib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
 
(lent.az)


OXŞAR XƏBƏRLƏR

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” — Deputat

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu ...

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...