Bu sənədi təqdim etməklə ali məktəbə qəbul MÜMKÜN OLACAQ

15:57 / 08.10.2021
1666
Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir.
Sfera.az bildirir ki, qanuna yeni bənd əlavə olunur.
Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
(report)