“İranın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları cəfəngiyatdır” - Ekspert

“İranın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları cəfəngiyatdır” - Ekspert
Zəngəzur dəhlizinin açılmasına etiraz edən İran bəhanə kimi iqtisadi maraqları da önə çəkir. İranlı mütəxəssislərin, din adamlarının şərhlərinə görə dəhlizin açılması digər ölkələrlə nəqliyyat və digər kommunikasiya əlaqələrini zəiflədəcək, regionla ticarət əməliyyatlarını azaldacaq. 

Bu cür açıqlamaları cəfəngiyat hesab edən iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az saytına açıqlamasında qeyd etdi ki, İran Zəngəzur dəhlizinin açılmasının iqtisadi baxımdan ona ziyan vurduğunu əsaslandıra bilməz. Ekspert söylədi ki, Zəngəzur dəhlizinin açılması nəinki İranın iqtisadi maraqlarına zərbə vuracaq, əksinə, İranın iqtisadi imkanlarını artıracaq. 

"Gətirəcəyi iqtisadi dividentləri nəzərə alsaq, dəhlizin açılmasından ən çox faydanı götürəcək ölkələrdən biri də İran olacaq”, - deyən N.Cəfərli vurğuladı ki, bu dəhliz uzun illər sanksiyalar altında yaşayan İran üçün dünyaya açılan yeni qapı olacaq: 

"İranın yeni kommunikasiya xətlərinə ehtiyacı var. Azərbaycan bu məsələdə hər zaman İranı dəstəkləyib. Təsadüfi deyil ki, Şimal-Cənub dəhlizi layihəsində Azərbaycanın İranla birgə iştirakı, İranın ərazisində görüləcək işlərə məhz Azərbaycan kreditlərin ayrılması buna sübutdur. 

Zəngəzur dəhlizinin açılması ilə İran bütün istiqamətlər üzrə yeni marşurutlar əldə edir. İranın Rusiyaya çıxışı asanlaşacaq, onun Orta Asiya respublikaları ilə kommunikasiya əlaqələrinin çeşidi artacaq, İran hətta Baltik dənizinə qədər asanlıqla çıxmaq üçün həm dəmir, həm də avtomobil yolu marşurutlarını əldə edir. 
İndiki halda Rusiya ilə ticarət əlaqələri daha çox Ermənistan, Gürcüstan, sonra yuxarı Larsdan keçməklə həyata keçirilir. Bu zaman əsasən avtomobil yollarından istifadə edilir. Lars yolu mövsümi amillərlə, eyni zamanda Gürcüstanla Rusiya arasında ara-sıra baş verən siyasi gərginliyə görə bağlanır. 

Zəngəzur dəhlizi açılmaqla İran daha ucuz və daha əlverişli daşıma vasitəsilə Rusiyaya, oradan Baltik dənizinə qədər yeni kommunikasiya xətləri əldə edir. 
İqtisadi baxımdan bu dəhlizin açılmasında ən çox maraqlı olan dövlətlərdən biri İran olmalıdır”. 

Buna görə də ekspert hesab edir ki, İranın etirazları iqtisadi məntiqlə izah edilə bilməz. Onun sözlərinə görə etirazların olması geosiyasi səbəblərlə bağlıdır.  

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...