Ədalət Vəliyev müharibənin ilk günü siyasi partiyalarla danışıqların detallarını AÇIQLADI - VİDEO
15:00 / 08.10.2021
1421
Oktyabrın 7-də ilk dəfə olaraq Azərbaycanın hakimiyyət təmsilçiləri ilə müxalifət partiyalarının sədrlərinin Şuşaya səfəri baş tutub. Tarixi səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təşkil edib.
Sfera.az xəbər verir ki, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev Şuşa Bəyannaməsinin imzalandığı məkanda səfərdə iştirak edən qonaqlar qarşısında çıxış edib.
Ədalət Vəliyev siyasi partiyaların sədrlərini və digər səfər iştirakçılarını Prezident İlham Əliyevin adından salamlayıb:
"Şuşada görüşümüzün keçirilməsi, birlikdə səfərimiz ötən il 27 sentyabrda başlayan və xalqımıza ucalıq gətirən böyük bir qələbə ilə başa çatan vətən savaşının nəticələrindəndir. Bəzilərinizin yəqin ki, köhnə Şuşa ilə bağlı xatirələri var, bəzilərinizin əsli, əsli kökünün Şuşaya bağlılığı var. Ötən müddət ərzində Azərbaycan nəinki hərbi sahədə, nəinki iqtisadi sahədə, bütün güclü dövlətlərə xas olan atributları dünyaya göstərə bilib. Azərbaycan o cümlədən milli və siyasi birliyi ortalığa qoymaqla dünyaya özünün milli birlik mesajlarını da vermiş oldu.
2020-ci il iyulun 15-də Tovuz hadisələri zamanı 43 üstəgəl 4 formatında Sizlər-partiya rəhbərləri müharibəyə hazır olduğunuzu, Ali Baş Komandanın yanında olduğunu bəyan etdiniz.
Sentyabrın 27-də müharibə başlayandan 5 saat sonra mən artıq ölkə başçısına 50 siyasi partiyanın bir yumruq kimi birləşərək birgə bəyanat qəbul etdiyi haqda məlumat verdim. Biz birləşdik və vətən müharibəsində birliyimizi bu bəyanatla rəsmən ortaya qoyduq. İqtidar-müxalifət fərqi olmadan milli bilrik ortalığa qoyuldu. Bütün müharibə dönəmində bu davam etdi. Müharibədən sonrakı dönəmdə də və bu anımıza qədər də biz birlikdəyik”.
Daha ətraflı "Müsavat”ın təqim etdiyi videoda: