Uşaqların peyvənddən sonra öləcəyi ilə bağlı iddialara SƏRT CAVAB
Gündəm
13:33 / 08.10.2021
1906
"Məktəblər açıldıqdan sonra uşaqlar arasında
yoluxmaya meyillilik müşahidə olunur".
Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev
deyib. Pediatr peyvənddən sonra uşaqlar arasında ölüm hallarının artacağı ilə
bağlı fikirlərə də münasibət bildirib:
"Son günlər valideynlər arasında təşviş, həyəcan
var, bu da anlaşılandır. Təxminən ilin əvvəlində belə bir fikir tirajlanırdı
ki, uşaqlar üçün xüsusi vaksin hazırlanır, amma olmadı. Çünki indi Avropa ölkələri
12 yaşdan yuxarı uşaqların "Pfizer"lə peyvənd olunması qərarını
veriblər. Bizdə də bu qərar var.
Amma peyvəndləmə kampaniyası başlamamış, valideynləri
qorxuya salırlar ki, guya peyvənd uşaqların həyatına ciddi təhlükə yaradacaq. Bu,
heç bir elmi sübuta əsaslanmayan fikirdir. Bu fikrin daşıyıcıları arasında
immunologiyadan, virusologiyadan, epidemiologiyadan kifayət qədər bilgisi
olmayan həkimlər var. Bu fikrin real olması ilə bağlı mötəbər mənbə yoxdur. Əgər
varsa, bizə də göstərsinlər. Onsuz da iki ildir, insanlar aşırı gərginlik içində
yaşayır. Uşaqlar isə ən həssas yerimizdir".