"Facebook"da tanış oldular, döydülər, oğurladılar: Azərbaycanlıların müdhiş cinayəti

Rusiyanın Sankt-Peterburq şəhərində 52 yaşlı qadını oğurlayan azərbaycanlılar həbs edilib.

Sfera.az-ın yerli KİV-ə istinadən məlumata görə, 40 yaşlı azərbaycanlı Facebook-da həmin qadınla tanış olaraq onu görüşə çağırıb. Bundan sonra onlar ikinci dəfə görüşmək istəyəndə, qadın etiraz edib. 

Belə olan halda azərbaycanlı daha bir həmyerlisi ilə həmin qadının yaşadığı binaya gedərək onun küçəyə getməsini gözləyiblər. Bir qədər sonra evdən çıxan qadın "Opel” markalı avtomobilinə əyləmək istəyərkən, onu döyə-döyə özlərinə məxsus "Hunday”  markalı maşınlarına əyləşdiriblər.

İlkin istintaq zamanı məlum olub ki, azərbaycanlılar həmin qadını qonşu Vıborq şəhərinə aparmaq niyyətindəymişlər. Amma yolda yanacaqları qurtarmaq üzrə olub. 

Yanacaqdoldurma məntəqəsində isə qadın maşından düşərək tualetdə gizlənib. Bundan sonra məntəqənin işçilərini köməyə çağırıb və polisə zəng edib.
Azərbaycanlılar iki saatdan sonra saxlanılıblar. Onlar həbs edilərək haqlarında cinayət işi qaldırılıb.

Hadisə yerinə gələn həkim briqadası isə qadını xəstəxanaya aparıb. İlkin müayinə zamanı onun əlinin və burunun sındırıldığı məlum olub.

OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...