Gürcüstanın Baş naziri NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşdü

Gürcüstanın Baş naziri  NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşdü
"Regionda mövcud vəziyyəti nəzərə alaraq, NATO-nun Qara dənizdə təhlükəsizliyin təminatı prosesində fəal iştirakının əhəmiyyəti daha da artır”.

Sfera.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauerlə görüşdə deyib.

Onun sözlərinə görə, NATO-nun ali hərbi qurumunun üzvlərinin Gürcüstana səfəri Alyansın ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyinin göstəricisidir.

İ.Qaribaşvili deyib ki, Gürcüstan NATO-nun müttəfiqi olaraq ümumi təhlükəsizlik prinsiplərinə və dəyərlərinə sadiqdir, müttəfiqlərin qlobal sülh və təhlükəsizliyi təminatı ilə bağlı səylərinə qoşulur, Gürcüstanın Əfqanıstandan tranzit və təxliyənin dəstəklənməsindəki rolu bunu sübut edir.

Tərəflər Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, həmçinin NATO ilə siyasi və praktiki əməkdaşlıq mexanizmlərinin effektiv isitfadəsi məsələlərini də müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...