“Taliban” Tacikistana hücuma hazırlaşır, Orta Asiya üçün böyük təhlükə - MÜSAHİBƏ

“Taliban” Tacikistana hücuma hazırlaşır, Orta Asiya üçün böyük təhlükə - MÜSAHİBƏ
Tacikistanda fəaliyyət göstərən və "Taliban”a yaxınlığı ilə seçilən "Camaat Ənsarullah" qruplaşmasının lideri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.
 
Proseslərin bundan sonrakı mümkün inkişaf istiqamətləri ilə bağlı politoloq Samir Hümbətov Sfera.az-a müsahibə verib:

- "Taliban” hökumətinin qonşu dövlət olan Tacikistana qarşı bu cür bəyanatla çıxış etməsi Əfqanıstan üçün hansı gələcəyi vəd edir?

- "Taliban" dünya dövlətləri tərəfindən legitim hakimiyyət olaraq qəbul edilməyib. Bu özü göstərir ki, Əfqanıstanda bu hərəkatın mütləq hakimiyyət qurmağına icazə verilməyəcək. Hazırda Əfqanıstanda silah gücünə, yaxud da bir qrup şəxsin istəyinə görə "Taliban" vəziyyətə nəzarət edir. Nə qədər ki, "Taliban" hakimiyyətdədir, Mərkəzi Asiya ölkələri üçün vəziyyət təhlükəli olaraq qalacaq.
 
- "Taliban”ın digər qonşu ölkələrlə də bu cür ritorika ilə çıxış etməsi gözlənilirmi? Misal üçün, İranla...

- "Taliban"la İran arasında uzunmüddətli gərginlik var, bu danılmazdır. Hətta 1998-ci ildə İrana məxsus konsulluğun basılması və 8 nəfərin öldürülməsi də buna misal ola bilər. Son vaxtlar "Taliban" İrana qarşı təhdid xarakterli mesajlar verib. Buna görə də İran bu gün "Taliban"dan çəkinir. Əslində, əfqan mürtəceləri İranı qorxudur. Ona görə İran bu gün "Taliban"la yumşaq dildə danışmağa çalışır. İran narahatdır ki, ölkəsinin şərq hissəsində yaşayan sünni məzhəbində olan əhali "Taliban"la əlaqəyə keçə bilər. Lakin istənilən halda İranla "Taliban" arasında müttəfiqliyin qurulması real görünmür. Bundan sonrakı mərhələdə İran "Taliban"dan uzaq duraraq, özünə ziyan dəyməməsinə çalışacaq. Onu da deyim ki, "Taliban" istənilən an İranda partlayış edə bilər. İran prezidenti Əhməd Necat da o vaxt bildirmişdi ki, Əfqanıstanın işğalına şərait yaratmaqla özlərinə təhlükə yaradıblar.
 
- Tacikistan sərhəddə əməliyyatlara başlasa, bu bölgədə yeni münaqişə ocağının yaranmasına gətirib çıxaracaqmı?

- Hesab edirəm ki, Tacikistanla münasibətlərin kəskinləşməsi bölgədəki dövlətləri, həmçinin Rusiyanı da buraya cəlb edəcək. Bununla da Mərkəzi Asiyada böyük müharibə ocağı yaranacaq. Baş verən proseslərə də baxanda görünür ki, "Taliban”ın hansısa ölkədən qorxusu yoxdur. ABŞ kimi ölkəni Əfqanıstandan qovan "Taliban" hər kəs üçün təhlükə mənbəyidir və ani hərəkət gözləniləndir.
 
- "Taliban”ın qeyri-müsəlman Çinlə yaxınlaşması və bunun fonunda müsəlman Tacikistana qarşı bu formada çıxış etməsinin arxasında nələr dura bilər?
 
- Bu gün Çin və Rusiya Mərkəzi Asiya uğrunda ciddi mübarizə aparır. Rusiya və Çin bir-birinə müttəfiq desələr də, ciddi rəqibdirlər. 92-ci illərdə Mərkəzi Asiyada dövlətlər müstəqillik qazandıqdan sonra Çin həmin ölkələrdə ard-ada səfirlik açan ilk dövlətlərdən biri idi. Bu gün Mərkəzi Asiya ölkələrinin bir çoxu Çinin investisiyasından asılıdır. Xüsusilə də Tacikistana Çin ciddi sərmayə qoyub. Bu baxımdan Tacikistana qarşı bu cür aqressiyanın yaranmasında Rusiyanın təsiri var. Çin də "Taliban" vasitəsilə Rusiyaya mesaj verir ki, burada artıq sənin gücün yoxdur, burada mən varam.
 
- "Taliban"ı dəstəkləyənlər arasında BƏƏ və Pakistan xüsusilə fərqlənir. Maraqlıdır, Pakistan bu məsələdə qızışdırıcı tərəf ola bilərmi?

- "Taliban" üzvlərinin əksəriyyəti Pakistanda uşaq evlərində böyüyən şəxslərdən təşkil olunub. Buna görə həmişə siyasətdə deyilir ki, "Taliban"ın ipinin biri Pakistanın əlindədir. Bu baxımdan "Taliban" Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra Pakistan tərəfindən bu haqda bir dəfə də olsun, mənfi yöndə açıqlama gəlmədi və onlar bildirdilər ki, "Taliban" öz ərazisində mübarizə aparır. "Taliban" 20 il ərzində Pakistanda gizləndi. Bundan başqa Qətərdən də bu gün "Taliban"a dəstək gəlir. Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai o vaxt Hindistanda təhsil aldığı üçün Pakistana yox, Hindistana meyil edirdi. Pakistan da dolayısıyla "Taliban"a dəstək verməklə vəziyyətin bu şəkildə dəyişməsinə səbəb oldu. BƏƏ isə "Taliban"a daha çox maliyyə dəstəyi göstərir. Görünən də odur ki, bundan sonra da yardımlar davam edəcək.

- Tacikistana qarşı "Taliban" tərəfindən belə bir həmlənin olmasının digər müsəlman və türk dövlətlərinin narazılığına səbəb olacağını düşünürsünüzmü? 
 
- Burada öncül rolu Türkiyə oynayır. Türkiyə isə Tacikistana görə "Taliban"la münasibətləri pisləşdirmək istəməz. Eyni zamanada digər türk və müsəlman dövlətləri də bu şəkildə davranacaq. Tacikistana hücumun təşkil edilməsinin qarşısının alınmasında yeganə maraqlı dövlət Rusiyadır. Çünki bu gün Rusiyanın Mərkəzi Asiyada ən çox təsir gücü Tacikistandadır və orada hərbi bazası var. Lakin istənilən halda "Taliban"ın hücumla bağlı planının qarşısnı almağa Rusiyanın təsirinin gücü də yetməyəcək. Ümumilikdə deyim ki, "Taliban" dünyada özünü legitimləşdirmək üçün hansısa ölkəyə hücum etmək niyyətində olmayacaq. "Taliban" indi BMT tərəfindən tanınmaq istəyir.
 
Söhbətləşdi: Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...