Çavuşoğlu Makrona səsləndi: “Arxada danışma, sözün varsa, üzümüzə de”

16:51 / 07.10.2021
2728
"Deyəcək
sözün varsa, üzümüzə de!”.
Sfera.az
xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa
prezidenti Emmanuel Makronun Əlcəzair bəyanatı ilə bağlı danışarkən deyib.
"Hazırda
Fransa seçki mühitinə qədəm qoyub.
Seçkilərə görə Makronun bu yollara əl atdığını görürük. Gördük ki, bu
cür ucuz yanaşmaların seçkilərdə heç bir faydası yoxdur. Düşünürəm ki, Makron
bu cür populist yanaşmalar yerinə, xalqının etibarını qazanmaq üçün addımlar
atmalıdır.
Bizimlə
bağlı söyləyəcək bir sözü varsa, onu arxamızdan deyil, birbaşa üzümüzə deməyini
üstün tuturuq. Eynən Prezidentimizin etdiyi kimi", - deyə Çavuşoğlu
bildirib.
Qeyd
edək ki, bir müddət əvvəl Fransanın Əlcəzairlə də münasibətləri pisləşmişdi.
Makron Əlcəzairdə koloniya dövrü ilə bağlı tarixin yanlış yazıldığını və Türkiyənin
bu işdə aktiv rol oynadığını bildirmişdi. Bundan sonra Əlcəzair səfirini ölkəyə
geri çağırmışdı.