Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi
Cəmiyyət
21:50 / 05.07.2016
1369
Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə yeni rəis təyin edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil
Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu
vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. R.Əhmədzadənin
yerinə hələlik təyinat yoxdur.
6-cı Polis Bölməsi rəisinin vəzifəsini müavin
Ramin Cəbrayılov icra edir.
Qeyd edək ki, bir neçə gün əvvəl 8-ci Polis
Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsinin
rəisi təyin edilib.
Onu da qeyd edək ki, V.Qaraşov Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, onun yerinə təyin edilən Rəşad
Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin
oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri
Əhməd Əhmədzadənin qardaşı oğludur.