12 futbol klubu vergidən yayınmaq üçün saxtakarlıq edib: 31 milyon dollarlıq SKANDAL

12 futbol klubu vergidən yayınmaq üçün saxtakarlıq edib: 31 milyon dollarlıq SKANDAL
Belçikada 12 futbol klubunun vergidən yayındığı müəyyən edilib.
 
Sfera.az bildirir ki, sözügedən klublar vergi orqanlarını aldatmaq üçün futbol meneceri Dejan Veljkovic ilə əməkdaşlıq ediblər. İstintaq orqanları 31 milyon avro dəyərində saxta müqavilələr və fakturalar aşkar edib. 

Veljkoviçin vəkili Kris Luyks klublarla əlaqələrdə günahlandırılan müvəkkili ilə bağlı danışarkən onun üzərindən 30-40 milyon avronun mənimsənildiyini bildirib. Digər tərəfdən klubların direktorları saxta sənədlər hazırlamadıqlarını qeyd ediblər. 

Klubların yayındığı vergi məbləğləri isə belədir:

Mechelen: 10 milyon 435 min 500 avro

Standart:6 milyon 28 min 932 

Anderlecht:2 milyon 805 min 

C.Brugge:2 milyon 749 min 250 

Genk:2 milyon 483 min 

Lokeren:1 milyon 602 min 

Oostende:1 milyon 588 min 

Leuven:1 milyon 492 min 400 

Kortrijk:622 min 500 

Gent:509 min 500 

Beveren:425 min 

S.Truiden:294 min 500 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR