"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...