BMT: Əfqanıstanın iqtisadiyyatı çökmək üzrədir

BMT: Əfqanıstanın iqtisadiyyatı çökmək üzrədir
"Əfqanıstanda iqtisadiyyat çökmək üzrədir. Ölkədə humanitar böhran inanılmaz sürətlə artıb. İnsanlar ərzaq almaq üçün ev əşyalarını və xalçaları satmağa başlayıblar Dünya birliyi Əfqanıstandakı iqtisadi böhranı həll etmək üçün vəsait ayırmalıdır".

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkə üzrə direktoru Meri-Ellen Makqroarti videobağlantı vasitəsilə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda iqtisadiyyat çökmək astanasındadır: "Bankların pul qıtlığı səbəbindən bağlanması əhalini də çətin vəziyyətə salıb. Vəziyyət getdikcə pisləşir, qış qapının ağzındadır. Yenidən dirçəlmə üçün beynəlxalq birliyə müraciət edilməlidir".

O, vurğulayıb ki, Əfqanıstanda 18 milyon insan humanitar yardıma möhtacdır. 14 milyon insanın, yəni hər 3 əfqandan birinin ərzaq təhlükəsizliyinin olmadığını ifadə edən BMT rəsmisi 2 milyon uşağın qidalanma problemi ilə üzləşdiyini bildirib: "Hazırda 14 milyon nəfər aclıqla üz-üzə qalıb. Əfqanlar banklardan həftədə yalnız 200 dollara qədər pul çıxara bilirlər və iş yerlərində maaşlar ödənilmir. Əfqanıstanda baş verən humanitar böhranın qarşısını dərhal almaq lazımdır"

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...