Pakistanda zəlzələ zamanı azı 15 nəfər həlak olub

Dünya
07:09 / 07.10.2021
1210
Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı azı 15 nəfər həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
"İndiyə qədər olan məlumata əsasən 15-20 nəfər həlak olub. Ölənlərin sayı arta bilər", - idarədən agentliyə bildirilib.
Məlumata görə, təbii hadisə zamanı yaşayış binası uçub və bir neçə nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var.
BBC isə təbii hadisə zamanı 18 nəfərin həlak olduğunu xəbər verib.
Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.
Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.