NATO səkkiz rusiyalının akkreditasiyasını ləğv etdi

Dünya
00:30 / 07.10.2021
1850
NATO Rusiya missiyasından səkkiz nəfərin akkreditasiyasını ləğv edib.
Sfera.az xəbər verir ki, bu, həmin şəxslərin kəşfiyyat əməkdaşı olması iddiası ilə bağlıdır.
NATO-dan bildirilib ki, Rusiya missiyasının səkkiz üzvü "bildirilməmiş kəşfiyyat əməkdaşı”dır.
Qeyd olunub ki, NATO-da akkreditasiyası olan rusların sayı 20-dən 10-dək azaldılıb.