Türkiyə İran ilə sərhədlərini bu səbəbdən bağladı

Dünya
22:55 / 06.10.2021
2128
Türkiyə və İran arasındakı Dilucu, Gürbulak, Kapıköy və Esendere sərhəd-keçid məntəqələrinin bağlandığı bildirilir.
Sfera.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, sərhəd-keçid məntəqələrinin bağlanmasına səbəb koronavirusun yayılması göstərilib.
Qeyd edək ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı. Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.