Ermənistan yeni AES-in tikintisi üçün danışıqlara başladı

Dünya
22:22 / 06.10.2021
1511
Ermənistan hökuməti yeni Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün Rusiyanın "Geopromining” mədən şirkəti ilə danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining” şirkəti ilə yeni bir atom elektrik stansiyasının inşası ilə bağlı danışıqlara başladıq. Əlbəttə ki, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki AES tamamilə şəxsi təşəbbüs ola bilməz”, - deyə paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, hökumət mis əritmə zavodunun və yeni nüvə elektrik stansiyasının inşasının 2025-ci ilin iyun ayına qədər eyni vaxtda başlamasını təmin etmək niyyətindədir.