Türkiyədə mədən çökdü: Ölənlər var

Dünya
21:51 / 06.10.2021
1583
Türkiyənin Hakkari-Çukurca magistral yolunda yerləşən xüsusi mədəndə çökmə hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 3 işçi dağıntılar altında qalıb.
Onlar təxili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, ikisinin həyatını xilas etmək mümkün olmayıb.