Rusiya hava limanında terror həyəcanı yaşandı

Rusiya hava limanında terror həyəcanı yaşandı

Sankt-Peterburqdakı "Pulkovo" hava limanında üzərində bomba olduğu deyən bir nəfər saxlanılıb.

 

Sfera.az-ın məlumatına görə, saxlanılan şəxs Çelyabinsk sakini olub.

 
Nəqliyyat polis idarəsinin əməkdaşlarının verdiyi məlumata görə, "Pulkovo" hava limanında bir nəfər əl baqajının yoxlanılması zamanı ucadan qışqırıb ki, onun yükündə partlayıcı qurğu var.

"Əslində, kişi bilirdi ki, onun çantasında heç bir təhlükəli əşya yoxdur", - deyə polis əməkdaşı qeyd edib.

Hadisə yeri dərhal mühasirəyə alınıb və əraziyə polis əməkdaşları tərəfindən xidməti itlər gətirilib. Araşdırmalar nəticəsində şübhəli bilinən şəxsin üzərindən, eləcə də baqajından heç bir partlayıcı əşya aşkar olunmayıb.

Hadisə ilə bağlı Çelyabinsk sakini həbs olunub. Onun barəsində Rusiya Federasiyasının 207-ci maddəsi ilə (terror aktı barədə bilə-bilə yanlış məlumat vermək) cinayət işi açılıb. Onu 3 ilədək azadlıqdan məhrum olma gözləyir.

 

 


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...