Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxdu
18:35 / 06.10.2021
2389
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.