Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlərin keçirdiyi brifinqdə bildirilib.

Əmirabdullahianın sözlərinə görə, Cənubi Qafqazda onları narahat edən məsələləri rusiyalı həmkarı ilə müzakirə edib: "Fikrimcə, İranın qonşuları bizim regionun çiçəklənməsinə və inkişafına istiqamətlənən siyasətimizi pozitiv qarşılamalıdır”.

Sergey Lavrov iranlı həmkarı ilə başqa məsələlərlə yanaşı "3+3” formatını da müzakirə etdiklərini bildirib: "Biz "3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İranlı dostlar məsələni pozitiv qarşılayıblar. Oxşar münasibəti Azərbaycan və Türkiyədə də müşahidə etmişik. Bu istiqamətdə erməni həmkarlarımızla işləyirik”.

Onun sözlərinə görə, Gürcüstan da bu mexanizmdə özünün əsaslı maraqlarını görə bilər.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...