İranda avtobus aşdı, 33 nəfər yaralandı

İranda avtobus aşdı, 33 nəfər yaralandı
İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 33 nəfər yaralanıb.

Sfera.az-ın məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Muzəffər Məhəmmədxani deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, Tehran-Məşhəd istiqamətində hərəkət edən avtobus Damğan-Şahrud magistral yolunun 30-cu kilometrliyində aşıb.

Məhəmmədxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR