Əməkdar artist XTQ giziri olan nişanlısının üzünü gizlətdi - FOTO

12:57 / 06.10.2021
1024
"Düşmənin üzü hər zaman qara olsun. Onlara görə sənin üzünü açıq paylaşa bilmirəm”.
Sfera.az bildirir ki, bunu əməkdar artist Nigar Şabanova sosial şəbəkə hesabında nişanlısı ilə bağlı danışarkən deyib. İfaçı evliliyə hazırlaşdığı namizədin doğum gününü təbrik edib.
"Bu gün xidmətdəsən, təəssüflər olsun ki, özəl gününü qeyd edə bilmədik. Özün demişkən, öncə vətən. Doğum günün mübarək, həyatımın nuru. Xoş gəldin dünyama, dünyaya", - deyə Şabanova əlavə edib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanan Nigar oktyabrın 20-də nikah masasına oturacaq.
Türkan
Sfera.az