“Volvo” 461 min avtomobili geri çağırır
Maraqlı
12:20 / 06.10.2021
1016
İsveçin aparıcı avtomobil istehsalçısı - "Volvo" şirkəti təhlükəsizlik yastıqlarındakı problemlə bağlı dünya üzrə 460,7 mindən çox avtomobili geri çağırır.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bunlar 2000-2009-cu illərdə buraxılmış "S60” və "S80” modelləridir.
Onların yarıdan çoxu ABŞ-da satılıb.
Xatırladaq ki, daha əvvəl şirkət təhlükəsizlik kəmərlərindəki nasazlıqdan dolayı 2006-2019-cu illərdə istehsal olunmuş "S60”, "S60L”, "S60CC”, "V60”, "V60CC”, "XC60”, "V70”, "XC70”, "S80” və "S80L” modellərindən olan 2,1 milyona yaxın avtomobili geri çağırmışdı.