Keçmiş baş nazirdən Fransanın sabiq prezidentinə İTTİHAM: "Stolun altından ayaqlarıma toxundu..."

Keçmiş baş nazirdən Fransanın sabiq prezidentinə İTTİHAM:
Danimarkanın keçmiş baş naziri Helle Torninq-Şmitt Fransa Respublikasının sabiq prezidenti Valeri Jiskar Destəni cinsi təcavüzdə günahlandırıb.
 
Sfera.az bildirir ki, bu barədə Şmitt öz kitabında məlumat qeyd edib. O, sözügedən hadisənin 2002 və ya 2003-cü ildə Jiskarın hakimiyyətdən getməsindən xeyli sonra, Kopenhaqendəki Fransa səfirliyində nahar zamanı baş verdiyini söyləyib.

"Valeri Jiskar stolun altından ayaqlarıma toxundu. Öz-özümə "nə olur” sualını verdim. Dərhal yerimi dəyişdim və hər şey bitdi”, - deyə eks-prezident bildirib. 
Mövzu ilə bağlı yerli mediaya açıqlama verən Helle "Günümüzdə bu, "cinsi təcavüz” adlandırılır. Amma o vaxtlar belə deyildi. Fərqli bir zaman idi, amma bunu uyğunsuz hərəkət olaraq dəyərləndirmişdim və olduqca əsəbiləşmişdim”, əlavə edib. 

Qeyd edək ki, daha əvvəllər də cinsi istismarda adı hallanan Valeri Jiskar Destən ötən il dünyasını dəyişib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR