“Ermənistanın ikinci “xozeyin”ə baş əyməsi Kremlin xoşuna gəlməyəcək” - MÜSAHİBƏ

“Ermənistanın ikinci “xozeyin”ə baş əyməsi Kremlin  xoşuna gəlməyəcək” - MÜSAHİBƏ
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Sfera.az-a müsahibəsi.

- Elxan bəy, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən gün İrana səfərə edib. Səfərin işguzar məqsədli olduğu bildirilsə də, Mirzoyanın mövcud İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda İrana səfəri diqqət çəkib. Sizcə, Mirzoyanı tələsik İrana səfər etməyə vadar edən səbəb nədir?

- Düzgün qeyd etdiniz. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sözün əsl mənasında tələsik Tehrana gedərək ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələri ilə görüşən Baş nazir Nikol Paşinyan da bənzər şəkildə ölkəsinin İranın verdiyi dəstəyi heç zaman unutmayacağını qeyd etmişdi. Aydın məsələdir ki, Ermənistan qul psixologiyasından qurtula bilmir, Rusiyaya nökərçilik az idi, indi də ikinci ağaları olan İrana sədaqət andı içirlər.

- Ermənistanın indiki halda İrandan gözləntisi nədir?

- Tehran İrəvana Gorus-Qafan yoluna alternativ yol çəkəcəyini vəd edib. Yolu inşa edəcək İran şirkətinin nümayəndə heyəti artıq İrəvanda danışıqlara başlayıb. Ancaq rəsmi İrəvan İrana güvənməklə çox ciddi siyasi səhvə yol verir. Məsələ ondadır ki, Rusiyaya etibar etmək Emənistanı 44 günlük savaşdan xilas etmədi. İrana qulluğun da Ermənistana bir faydası olmayacaq. Əksinə, gün gələcək Moskva kimi Tehran da İrəvana kiminlə dostluq, kiminlə münasibətlərdə məsafə saxlamağı əmr edəcək. Tehranın Azərbaycanla bağlı bu oyunu alınmadı, İrəvan isə bəri başdan nökər olmağı vəd edib.
 
- Elxan bəy, Ermənistanın İranla bu yaxınlaşmasına Kremlin reaksiyası necə olacaq?

- Ermənistanın ikinci "xozeyin”ə baş əyməsi Kremlin  xoşuna gəlməyəcək. Misal üçün, Rusiya və İran Suriya məsələsində ortaq olsalar da, Tehranın Bəşər Əsədə nəzarət etməyə çalışması, "Hizbullah”dan İsrailə qarşı istifadə etməsi Kremlin xoşuna gəlmir. Rusiyanın İsraillə də yaxın münasibətləri var. İranın Ermənistanı tədricən nəzarətə götürməyə çalışması Kremlin narahatlığına səbəb olacaq.
 
- Qeyd etdiniz ki, İrəvan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Bu situasiya qarşısında rəsmi Bakı nə etməlidir?

- Bakı da Rusiya-Ermənistan-İran üçbucağının zəif nöqtələrini tapmağa çalışmalıdır. Digər tərəfdən, İranın Azərbaycana artan təzyiqi fonunda qonşu ölkəyə qarşı sanksiyalar tətbiq edən mərkəzlərin də gözlərini açmağa çalışmalıyıq. Xüsusilə, Azərbaycanı cəzalandırmağa çalışan ermənipərəst amerikalı konqresmenlərə qarşı ABŞ-dakı daha güclü yəhudi lobbisi ilə təmaslarımızı genişləndirməliyik. İran Azərbaycana qarşı açıq kartlarla oynamağa başlayıbsa, biz də kartlarımızı açmalıyıq. Prezident İlham Əliyev dünən Araz çayının kənarında "hardadır, burada İsrail?” deyərək Tehranın bəyanatlarına seyrçi qalmayacağını açıq bəyan etdi”.

Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...