Fenomenlərin dodaquçuqladan qazancları: Bir paylaşıma görə 180 min tələb edir - FOTOLAR

15:34 / 05.10.2021
1195
Son zamanlar fenomenlərin sosial media hesablarından qazandığı pullar eşidənləri təəccübləndirir.
Sfera.az bildirir ki, bu dəfə türkiyəli bloqqerlərin qazancları açıqlanıb. Siyahıda Duyqu Özaslan, Danla Biliç, Qamze Erçel, Aslıhan Doğan Turan, Rachel Araz və Yasemin Özilhan kimi adlar yer alıb. Bu barədə TV8-də yayımlanan "2. Sayfa” verilişində məlumat verilib.
Məlumata görə, Çəkdiyi makiyaj videoları ilə tanınan Danla Biliç bir paylaşım və storiyə görə 180 min türk lirəsi qazanır. Aktrisa Hande Erçelin bacısı Qamzedə isə bu rəqəm 80 min türk lirəsi təşkil edir.
Ötən günlərdə dünyaca məşhur kosmetika markasının Parisdə keçirdiyi moda şousunda iştirak edən Duyqu Özaslan paylaşım və stori başına 100 min lirə əldə edir.
Aslıhan Doğan Turan 40 min, Rachel Araz 50 min, Yasemin Özilhan isə hər paylaşıma görə 60 min lirə qazanır.
Türkan
Sfera.az