"Rejissora qışqırır, prodüserə bağırır, səsi filan da yoxdur" - Müğənni həmkarı barədə gizlinləri açdı

Türkiyəli müğənni Bülent Ersoyla verilişi yayımdan qaldırılan Mustafa Keser ifaçı haqqında şok detallar açıqlayıb.
 
Sfera.az bildirir ki, Keser başlarda Ersoyla səhnə təcrübəsinin olmadığını, haqqında eşitdiyi mənfi fikirlərə görə onunla veriliş aparmaq istəmədiyini bildirib. Hər şeyə rəğmən, təklifi qəbul edən sənətçi Bülent Ersoyun ədəbli davranacağına inandığını, lakin əksini gördüyünü vurğulayıb:

"56 illik sənət həyatımda 56 saniyə gecikmədim. 14:00-da çəkilişlər olacaqdı, 13:30-dan məkanda oldum. Amma zati-aililəri saat 16:00-da gəldi, makiyaja bir girdi  – 4 saat. Veriliş çəkilişlərinə başlayan kimi düşüncələrimin səhv olduğunu anladım. Ersoya "Yerli-yersiz kaprizlər etmə. Sən mahnılarını ifa et, adam kimi işimizi görək”, dedim. Razılıq verdi”. 

Mustafa Keser həmçinin qeyd edib ki,  ilk verilişdə problem olmasa da, ikincində Ersoyun davranışları onu təəccübləndirib: 

"Sanki qarşısında xidmətçisi var kimi müraciət edirdi mənə. Mən ondan 6-7 yaş böyüyəm. Mənə uzaqdan "Keserrrr” deyə bağırır. Kimsən sən? Bir də "Keseri çağırdım baxmadı” deyir. Məgər Keser sənin atanın qulluqçusudu? Rejissora qışqırır, prodüserə qışqırır, ona-buna bağırır. Səsi filan da yoxdur, pis ifa edir”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR