Fizika üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU

Dünya
14:21 / 05.10.2021
790
Fizika sahəsində 2021-ci ildə Nobel mükafatı Syukuro Manabe, Klaus Hasselman və Corcio Pariziyə verilib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel Fizika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ABŞ, Almaniya və İtaliyadan olan bu alimlər müxtəlif mürəkkəb sistemlərin, o cümlədən iqlimin öyərnilməsində göstərdikləri xidmətə görə bu mükafata layiq görülüblər.