Sosial şəbəkələrin çöküşü hansı problemləri ortaya çıxardı? - Açıqlama
12:51 / 05.10.2021
1213
Ötən
gün beş saata yaxın bir müddətdə
"Facebook”, "Instagram” və "Whatsapp” sosial şəbəkələrinə giriş mümkün olmayıb.
Hər üç platformanın fəaliyyəti yalnız gecə saatlarında bərpa olunub.
Sosial şəbəkə istifadəçiləri bu olaydan sonra
aktivliyin azaldığını bildirib. Bundan başqa durğunluğun bəzi sahələrə təsir
etdiyi də ehtimal olunur.
Mövzu ilə bağlı Sfera.az-a danışan "İT" sahəsi üzrə ekspert Kamil Məmmədov sosial şəbəkələrdə
aktivliyinin azalmadığını, lakin istifadəçilərin təhlükəsizliyi ilə bağlı
problemin yarandığını bildirib:
"Sosial
şəbəkələrin bir neçə saat çalışmaması aktivliyin
azalmasına səbəb ola bilməz. Çünki dünyada belə bir tendensiya var ki,
insanlar hansısa formada sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkə
istifadə edən istənilən ölkə vətəndaşını maraqlandıran ən başlıca suallardan
biri odur ki, bu gün dünyanın ən böyük sosial şəbəkələri dayana bilirsə, kiber
hücumlar zamanı şəxsi məlumatlar hansı dərəcədə qorunur? Yəni elə patentli məlumatlar var ki, sosial şəbəkədə
olan başqa bir sistem onu paylaşa bilmir. Lakin artıq bu vəziyyət yaranırsa,
sabah kimə sübut etmək olar ki, bu məlumat "X" adlı şəxsə aiddir. Yəni
burada əsas vacib şərt istifadəçinin sosial şəbəkədə təhlükəsizliyini təmin etməkdir. Artıq
təhlükəsizlik məsələsi bundan sonra sual altına düşəcək. İnsanlar sosial şəbəkəni
demək olar ki, əyləncə məqsədilə istifadə edir. Bu işə məntiqli yanaşanlar
düşünəcək ki, bu sosial şəbəkə mənim təhlükəzisliyimi hansı şəkildə təmin edir?".
Ekspert sosial şəbəkələrdə yaranan durğunluğun
reklam bazarına və bəzi sahələrə mənfi təsir etdiyini vurğulayıb:
"Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində
problemin olması reklam sektoruna təsir edə bilər. Belə ki, hansısa şirkət
sosial şəbəkələr üçün müəyyən saatda reklam veribsə, o zaman bu həmin şirkətə
maliyyə baxımından ziyan verə bilər, bundan başqa şirkət müştəri itirə bilər. Ümumilikdə
isə bu halda şirkətlərə sosial şəbəkə durğunluğunun 15-20 faiz mənfi təsiri
olub. Hansısa firma yeni məhsulu axşam saatlarında təqdim edəcəkdisə, problem səbəbilə
buna nail ola bilməyib və bu da həmin firma və şirkətlərə ziyan vurub.
Əzizə Zeynal