Dünən şəxsi məlumatlarınız 5 min dollara satılıb? - AÇIQLAMA
11:27 / 05.10.2021
1028
"Sosial media platformalarının ilk çöküş anında hamının ağlına yalnız bir şey gəldi: Müharibə. Lakin, xoşbəxtlikdən problem qlobal idi”.
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, hər şey "Facebook” DNS serverlərinin cavab verməməsi ilə başlayıb:
"Yəni, siz internetə "facebook com" yazanda, internet bu adresi harada tapacağını bilmirdi. Daha sonra "Facebook”un texniki direktorunun açıqlamasından çox ciddi şəbəkə problemi yaşandığı məlum oldu. "New York Times”ın xəbərinə görə, "Facebook” ofisində vəziyyət o həddə çatmışdı ki, işçilər yalnız email vasitəsilə əlaqə qura bilirdilər. Saatlar keçməsinə baxmayaraq, şəbəkə özünə gəlmədi. Bu da birbaşa birjalarda özünü göstərdi və "Facebook” səhmlərində 5.36%-lik böyük düşüş yaşandı. Mark milyardlarla dollar itirdi”.
F.Pərdəşünas qeyd edib ki, gecənin ən qorxulu xəbəri dark web-də 1.5 milyard "Facebook” istifadəçisinin şəxsi məlumatlarının satışa çıxarılması olub:
"Bu məlumatlar arasında ad, soyad, nömrə və məkan məlumatları yer alır. Lakin bu oğurlanma faktı hələki təsdiqini tapmayıb. Satıcı bütün məlumat bazasını hələ ki, açmayıb. 5000 dollara 1 milyon istifadəçi məlumatı satılıb. Şəbəkə hazırda işlək olsa da, porblemlər hələ davam edəcək. Paylaşımların istifadəçilərə çatmasında ciddi problemlər var”.
Günay Rəsulqızı
Sfera.az