Hulusi Akar gürcü həmkarı ilə görüş keçirdi - FOTOLAR

Hulusi Akar gürcü həmkarı ilə görüş keçirdi - FOTOLAR
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.

Sfera.az xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, hərbi-texniki, təhsil və birgə hərbi təlimlərin təşkili məsələləri nəzərdən keçirilib.

Tərəflər regiondakı mövcud vəziyyəti də müzakirə ediblər. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, qorunması sahəsində həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
 
(report)

OXŞAR XƏBƏRLƏR