Soyunub rektorun maşınının üzərinə çıxdılar - Tələbələrdən ilginc etiraz / FOTO

Soyunub rektorun maşınının üzərinə çıxdılar - Tələbələrdən ilginc etiraz / FOTO
Türkiyədə tələbələr rektora hücum edib.
 
Sfera.az bildirir ki, hadisə ötən gün Boğaziçi Universitetində yaşanıb. Belə ki, ali təhsil müəssisəsinin yeni rektoru Naci İnci binadan çıxarkən bir qrup tələbənin etirazı ilə qarşılaşıb. Onlar rektorun mindiyi avtomobilin qarşısını kəsərək getməsinə icazə verməyiblər. Ardınca maşının üzərinə yarı çılpaq bir şəxs çıxıb. Rektorun şəxsi təhlükəsizlik xidməti hadisənin qarşısını almağa çalışarkən dava düşüb.

Xatırladaq ki, tələbələr Melih Bulunun universitetə rektor təyin edilməsindən bəri etiraz səslərini yüksəldirlər. Aksiyalar artıq 274 gündür davam edir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın sərəncamı ilə universitetə yeni rektor kimi Naci İnci təyin edilsə də, tələbələrin etirazları bitirmək fikri yoxdur. Onlar rektorun Boğaziçi Universitetinin heyəti tərəfindən seçilməsini tələb edirlər.  

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR