"Facebook" çöküşünün səbəblərini AÇIQLADI
Gündəm
10:53 / 05.10.2021
720
Ötən gün "Facebook" sosial şəbəkəsinin serverlərinin çökməsi magistral marşrutizatorların konfiqurasiyasının yanlışlıqla dəyişdirilməi nəticəsində baş verib.
Sfera.az-ın məlumatına, bu barədə "Facebook"un nöqsan aradan qaldırıldıqdan sonra yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, magistral marşrutizatorlar müxtəlif data mərkəzləri arasında məlumatın ötürülməsini təmin edən avadanlıqlardır.
Bəyanatda qeyd olunur ki, mühəndislər konfiqurasiyada yanlışlıqla dəyişikliklər edib və nəticədə data mərkəzləri arasında əlaqə pozulub.
Eyni zamanda "Facebook" şirkətinin ofisində elektron qurğular da sıradan çıxıb ki, bununla əlaqədar əməkdaşlar giriş kartları ilə ofisə daxil ola bilməyiblər.
Yaranan qüsur nəticəsində "Facebook" və şirkətə məxsus "Messenger", "WhatsApp" və "Instagram" yeddi saata yaxın müddət ərzində işləməyib.
Bununla yanaşı, şirkət yayılan məlumatlara baxmayaraq istifadəçilərin məlumatlarının sızmasının qeydə alınmadığını bildirib.