Murad Dadaşov: Yeni mövsümdə dünya formatlı layihə təqdim edəcəyəm

Murad Dadaşov: Yeni mövsümdə dünya formatlı layihə təqdim edəcəyəm

 

Əməkdar artist, aparıcı, teleprodüser, aktyor Murad Dadaşov payız aylarında bir neçə yeni televiziya layihəsi ilə efirə qayıdacaq.

M.Dadaşov Oxu.Az-a müsahibəsində bir müddət efirdə yeni verilişlər təqdim edə bilməməsinin səbəbinin devalvasiya ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda durğunluq aradan qalxıb, reklamçılar fəallaşıb və artıq yeni telelayihələrin yayımlanması ilə əlaqədar danışıqlara başlanılıb.

"Bir neçə telekanalla razılaşma əldə etmişik. Payız aylarında həmin televiziyalarda yeni verilişlər yaymlanacaq. Onlardan biri pul ilə bağlı tele-oyundur. Bu, dünya formatlı layihədir, artıq lisenziyanı almışıq. Proqramı xarici mütəxəssislərlə birgə həyata keçirəcəyik. Verilişin aparıcısı özüm olacağam. Digərləri isə gecə şousu, tele-şoulardır”.

Tanınmış aparıcı "Mərc şou”nun yeni formatda ekrana qayıdacağını da vurğulayıb:

"İllərdir sevilən və tələbatlı olan "Mərc şou” ailə formatında yenidən ekranda olacaq. Veriliş bazar günü 2 saat davam edəcək. Proqramı təqdim etmək üçün yeni aparıcılar dəvət edəcəyəm”.

Qeyd edək ki, M.Dadaşov iyulun 9-u və 10-da Bakıda keçiriləcək "Jara” Beynəlxalq Musiqi Festivalında da iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...