Bakıda dəhşətli cinayət: Qadın qızı ilə birləşib ərini öldürdü – VİDEO

Bakıda dəhşətli cinayət: Qadın qızı ilə birləşib ərini öldürdü – VİDEO
Bakıda ağır cinayət olub. 39 yaşlı kişi küt alətlə döyülərək öldürülüb. Cinayətin mərhumun həyat yoldaşı və qızı tərəfindən törədildiyi iddia olunur.

Sfera.az xəbər verir ki, ana qızı ilə əlbir olub həyat yoldaşını öldürməkdə ittiham olunur. Ağır cinayət paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Rahib Qədimov küçəsi 26 ünvanında yaşayan 39 yaşlı Vüqar Eyyubovun intihar etməsi ilə bağlı rayon polis idarəsinə məlumat daxil olub.

Hadisənin intihar və ya qətl olduğunu araşdırmaq üçün dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, meyitə baxış keçiriblər. Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiyə birliyinə aparılıb.

Bu işdə şübhəli kimi Vüqarın həyat yoldaşı Mahirə Eyyubova və 17 yaşlı qızı saxlanıb. Qonşuların sözlərinə görə, Vüqar Eyyubov narkotik maddə aludəçisi olub. Bu səbəbdən də ailədə tez-tez dava olurmuş. İddialara görə, Vüqar Eyyubov həmin günü həyat yoldaşından narkotik maddə almaq üçün pul tələb edib. Elə hadisə də bu zaman olub.

Hadisədə şübhəli bilinən Mahirə Eyyubova və qızı saxlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...