Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Məlumatların sızması...

Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Məlumatların sızması...
Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.

Sfera.az-ın məlumatına görə, bu barədə "Facebook" şirkətinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir: "Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur".

Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:

"Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər".

Xatırladaq ki, ötən gün "Facebook", "İnstagram" və "WhatsApp" 6 saatdan çox işləməyib.
 
(Trend)

OXŞAR XƏBƏRLƏR