Məktəblərdə "Müəllimlər günü" ilə əlaqədar pul yığılır? - RƏSMİ

Təhsil
15:38 / 04.10.2021
1035
Təhsil Nazirliyi məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.
Sfera.azbildirir ki, nazirlikdən "report"un sorğusuna cavab olaraq qeyd olunub ki, hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir.
"Bu mövzuda hər hansı qeyri-qanuni tələb olarsa, valideynlər anonim olmadan nazirliyin Qaynar xəttinə müraciət edə bilərlər", - nazirlikdən bildirilib.