Ərdoğan və Ruhani İlham Əliyevə zəng etdi

Ərdoğan və Ruhani İlham Əliyevə zəng etdi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də iyulun 5-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

İran prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlət başçısı İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...

Bu şəxslərin Azərbaycana girişi məhdudlaşdırıldı

Bu ilin ötən 9 ayı ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 5 683 nəfərə ölkə ərazisinə...