Rusiyanın aviabazasına hücum edildi - FOTO

14:14 / 04.10.2021
570
Rusiyanın Suriyadakı Lazkiyə bölgəsində yerləşən Hmeymim aviabazasına dron hücumu həyata keçirilib.
Sfera.az xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsinin Türkiyə seqmentində yayılıb.
Məlumata görə, dron hücumu hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.
Hücumla bağlı digər detallar isə açıqlanmayıb.
Turan Rzayev
Sfera.az