“Twitter”dən Taliban sözçüsünə yeni QADAĞA

“Twitter”dən Taliban sözçüsünə yeni QADAĞA
Sosial media platforması olan Tvitter "Taliban” sözçüsü Zabihullah Mücahidin fars və puştu dillərində paylaşım etdiyi hesaba məhdudiyyətlər tətbiq edib.

Sfera.az xəbər verir ki, Taliban sözçüsü və Taliban administrasiyasının mədəniyyət nazirinin müavini Mücahidin Tvitter hesabına daxil olanlar "Diqqət, bu hesab müvəqqəti olaraq məhdudlaşdırılıb" deyə bildirişlə qarşılaşıb.

Qeyd edək ki, Zabihullah Mücahidin ingilis dilində yazdığı hesabına heç bir məhdudiyyət qoyulmayıb.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR